Azərbaycanın şimal bölgəsində 3 nəfərin xəsarət aldığı ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cümə axşamı Daxli İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Qusar rayonu ərazisində, Qusar-Xudat yolunda rayon sakini İlham Əsgərovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil ağaca çırpılıb.
Yaralıları əzilmiş maşından çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasedici briqadası cəlb olunub. Qəza nəticəsində sürücü, həmçinin iki sərnişin - Qusar rayon sakini və Özbəkistan vətəndaşı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirliblər.
Faktla bağlı ilkin araşdırma aparılır.