Gürcüstan prezidenti Mixail Saakaşvili mayın 6-8-də Bakıda səfərdə olacaq. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verir.
Səfərdə məqsəd Bakıda keçiriləcək Cənubi Qafqaz Forumunda iştirak etməkdir.
Xəbər verildiyi kimi, beynəlxalq forumda dünyanın hər yerindən 200-dən artıq nüfuzlu qonaq iştirak edəcək.