Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 21-23-də Yaxın Şərqə səfər edəcək. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində nazir İsrail və Fələstin rəhbərliyinin nümayəndələri ilə görüşəcək. Danışıqlarda Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvü kimi Yaxın Şərqdə münaqişənin nizamlanması, ikitərəfli münasibətlər və beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı məsələləri müzakirə edəcək.