2013-cü ilin I rübündə Azərbaycan 2 mlrd. 17 mln. 616,3 min kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə sadələşdirilmiş gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş qaz ixracı 1 mlrd. 228 mln. 241,1 min kubmetr ($286 mln. 9,51 min) təşkil edib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.