Kənd təsərrüfatı naziri İsmət Abbasov aqrar sahədə artım tempindən narazıdır.
“İnterfaks-Azərbaycan” agentliyinin regional müxbirinin verdiyi məlumata görə, bu barədə nazir Gəncədə MDB ölkələrinin aparıcı aqrar universitet rektorları Şurasının X yubiley iclasında bildirib.
"Bu ilin I rübündə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4.4% artıb. “Bu, yaxşı göstərici olsa da, bir nazir kimi məni qane etmir. Çünki bizim potensialımız ikiqat artıma nail olmağa imkan verir”, – deyə İ.Abbasov qeyd edib.
Onun sözlərinə görə, son zamanlar ölkə ərazisində havanın temperaturunun aşağı düşməsi və yağıntının miqdarının artması kənd təsərrüfatı sahəsinə zərər vurub.