Cümə gününə keçən gecə Azərbaycanın şimal rayonlarında zəlzələ baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Gecə saat 01:40 radələrində başlayan yeraltı təkanlar 4,5 bal gücündə olub.
Müxtəlif bal gücündə yeraltı təkanlar, həmçinin Zaqatala, Qax, Şəki, Oğuz və İsmayıllı rayonlarında da qeydə alınıb.
İtki və dağıntı yoxdur.