Soçidə Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) 76-cı konqresinin yekunlarına əsasən, təşkilatın 77-ci konqresinin 2014-cü ildə Bakıda keçirilməsinə dair saziş imzalanıb.
Sənədi AIPS prezidenti Canni Merlo və Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə imzalayıblar.
Ç.Hüseynzadə Bakının gələn il AIPS-in 77-ci konqresini yüksək səviyyədə təşkil edəcəyini qeyd edib və bütün dünyanın idman jurnalistlərini Bakıda keçiriləcək tədbirə dəvət edib.
Konqresin sonuncu günündə Rusiya baş nazirinin müavini Dmitri Kozak AİPS-in bayrağını Azərbaycan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim edib.