Azərbaycan Müdafiə Nazirliyi hərbi hissədə zabitin həlak olması ilə nəticələnən silahlı insidentin baş verdiyini təsdiq edib.
Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata əsasən, cümə günü gecə saat 03.00 radələrində Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət keçən əsgəri Rafael Şahverdiyevin tabeliyində olan silahdan açılan atəş nəticəsində baş leytenant Elşən Məmmədov həlak olub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.