Makedoniya Trans-Adriatik qaz kəməri (TAP) layihəsində iştirak etməyə maraq göstərir. Bu barədə cümə günü jurnalistlərə Makedoniyanın baş naziri Nikola Qruevski bildirib.
“Biz Azərbaycanla energetika sahəsində əməkdaşlıq üçün imkanlar görürük. Azərbaycan qazının ixracı üzrə layihələrdən biri olan TAP Makedoniya yaxınlığından keçir və biz bu kəmərin imkanlarından faydalanmaq istəyirik”, - deyə N.Qruevski qeyd edib.
Makedoniyanın baş naziri bildirb ki, Bakıya bu səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb, onun azərbaycanlı həmkarı Artur Rasizadə ilə də görüşü gözlənilir.
"Səfərimizin məqsədi siyasi və iqtisadi sahələrdə əməkdaşlığın möhkəmləndirilməsidir", - deyə o söyləyib.