2013-cü ilin I rübündə Azərbaycanın daxili bazarına 1 mln. 180,1 min ton neft məhsulu tədarük olunub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 15,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Daxili bazara tədarükün ümumi həcmində 308,2 min ton avtomobil benzini, 301,6 min ton dizel yanacağı, 126,6 min ton kerosin, 50,1 min ton mazut, 43,8 min ton maye qaz, 63,1 min ton neft bitumu, 286,7 min ton digər neft məhsullarının payına düşüb.
2013-cü il aprelin 1-nə ölkənin neft emalı zavodlarının anbarlarında 59,9 mln. manat dəyərində məhsul, o cümlədən 48,5 min ton avtomobil benzini, 3,5 min ton birbaşa qovulan benzin, 24 min ton kerosin, 103,2 min ton dizel yanacağı, 12,9 min ton sürtkü yağı və 16,8 min ton neft bitumu var.