ATƏT-in Minsk Qrupu həmsədrlərinin təxminən 20 il ərzində Qarabağ münaqişəsinin nizamlanması üzrə irəliləyişə nail ola bilməmələri vasitəçi ölkələrin fəaliyyətinin effektivliyini şübhə altına alır və inamsızlıq yaradır. Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov belə bəyan edib.
“Fikrimcə, bunun əsas səbəblərindən biri odur ki, həmsədrlərin konkret mövqeyi yoxdur”,- deyə o, “Lider” telekanalına bildirib.
N.Məmmədovun sözlərinə görə, vasitəçilərin münaqişə tərəflərinin ünvanına səsləndirdiyi “Özünüz razılığa gəlin, biz isə sizi dəstəkləyərik” kimi bəyanatlar beynəlxalq hüquqa ziddir. “Əgər biz özümüz razılığa gələ bilsəydik, kənar müdaxiləyə ehtiyacımız olmazdı”, - deyə o vurğulayıb.