Makedoniya Azərbaycanla siyasi əlaqələrlə yanaşı iqtisadi sahədə də əlaqələri genişləndirməkdə maraqlıdır. Bu barədə Makedoniyanın baş naziri Nikola Qruevski cümə günü Bakıda Prezident İlham Əliyevlə görüşdə bildirib.
O, ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb.
İ.Əliyev Makedoniyanın baş naziri Nikola Qruevskinin Azərbaycana səfərinin uğurlu olacağına və ikitərəfli münasibətlərimizin inkişafına dair məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanacaq sənədin önəmi vurğulanıb, əlaqələrimizin enerji, turizm, sərmayə qoyuluşu və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.