"Şahdağ" Qış-Yay Turizm və İstirahət Kompleksi 2013-cü ilin yay mövsümündə turistləri qəbul etməyəcək. Bu barədə bazar ertəsi jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat verib.
“İndi Şahdağda turizm kompleksinin tikintisinin ikinci mərhələsi çərçivəsində həm kiçik, həm də iri həcmli layihələrin reallaşdırılması üçün investorlardan təkliflər daxil olur”, - deyə o qeyd edib.
Nazirin sözlərinə görə, kompleksdə dövlət hesabına aparılan tikinti işlərinin birinci mərhələsi başa çatıb.
“Özəl strukturların investisiyaları hesabına həyata keçiriləcək tikinti işlərinin ikinci mərhələsi başlayır. İkinci mərhələnin həyata keçirilməsi üçün sərmayələrin yatırılması üzrə nəticələr cari ilin yayında açıqlanacaq”, - deyə Ə.Qarayev vurğulayıb.