Azərbaycanin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2013-cü ilin yayında ölkəyə gələn turistlərin sayının artacağını proqnozlaşdırır.
“2013-cü ilin yayında Azərbaycana turist axınının keçən ilin hesabat dövrü ilə müqayisədə ən azı10 % artması gözlənilir”, - deyə nazir bu gün jurnalistlərə bildirib.
Mehmanxanalara ulduzların verilməsi ilə bağlı sualı şərh edən nazir hələ ki, bu prosesin otel sahiblərindən asılı olduğunu və onların müraciətləri əsasında həyata keçirildiyini deyib.
“ Biz xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün otellərə müəyyən müddət ərzində icbari qaydada ulduzların verilməsi məqsədi ilə müvafiq qanunvericiliyə düzəlişlər edilməsini təklif etməyə hazırlaşırıq”, - deyə nazir vurğulayıb.
Ə.Qarayev ölkədə elektron viza sisteminin tətbiq edilməsini müsbət qiymətləndirərək söyləyib ki, bu, Azərbaycanı turistlər üçün açıq ölkəyə çevirəcək.