Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniyə bazar ertəsi ABŞ-a səfər çərçivəsində Dövlət Departamenti və Konqresdə bir sıra görüşlər keçirməyi planlaşdırırlar. Bu barədə DAK mətbuat xidmətindən məlumat verilib.
Dövlət Departamenti və Konqresdə keçiriləcək görüşlər zamanı Amerika-Azərbaycan əməkdaşlığının inkişafı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər, o cümlədən, İranda yaşayan azərbaycanlıların üzləşdiyi problemlər müzakirə olunacaq.
DAK həmsədrləri ABŞ-a səfər çərçivəsində həmçinin aprelin 27-də Nyu-Yorkda keçirilməsi planlaşdırılın “Erməni yalanına son” aksiyasında iştirak edəcək, bu ölkənin bir sıra ictimai təşkilat və KİV orqanlarının nümayəndələri ilə görüşəcəklər. Həmin görüşlərdə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağın işğalı və İranda yaşayan 35 milyon azərbaycanlı türkün milli azadlıq uğrunda mübarizəsi əsas müzakirə mövzusu olacaq.
DAK həmsədrlərinin ABŞ-a səfəri mayın 2-dək davam edəcək.