Azərbaycan musiqiçiləri aprelin 19-25-də Misirin Qahirə şəhərindəki “Səlahəddin” qəsr kompleksinin səhnəsində illik Beynəlxalq zərb alətləri və ənənəvi incəsənət festivalında uğurla çıxış ediblər. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Beynəlxalq festivalda Azərbaycan ilə yanaşı, Asiya, Afrika və Avropanı təmsil edən 30-dan çox ölkədən musiqiçilər iştirak ediblər.
Koloritli Azərbaycan milli musiqisi tamaşaçılara xalq çalğı alətləri ansamblının, eləcə də rəqqaslar Fatimə Fətəliyeva və İlham Kərimlinin ifasında təqdim edilib.
Azərbaycan incəsənət ustalarını Azərbaycanın Misirdəki səfirliyinin nümayəndələri, Qahirədə təhsil alan azərbaycanlı tələbələr və diasporumuzun üzvləri dəstəkləyiblər.