Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Sərəncamda Binəqədi rayonunun Xocasən və Biləcəri qəsəbələri ərazisində ümumi uzunluğu 5,7 kilometr olan qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə 2 mln. manat vəsaitin Bakı şəhərinin Binəqədi Rayon İcra Hakimiyyətinə ayrılması nəzərdə tutulub.
Bu məqsədlər üçün vəsait dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.