Azərbaycan turizm potensialını Qazaxıstanda keçiriləcək "KİTF 2013" Beynəlxalq Turizm Sərgisində nümayiş etdirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
24-26 aprel tarixlərində Almatıda keçiriləcək turizm sərgisində Azərbaycanın turizm potensialının təbliğ olunması məqsədilə 36 kv.m sahə icarəyə götürülüb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və rus dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
Sərgidə 43 ölkədən 203 şirkət iştirak edir.