Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və “Commerzbank AG” bankının idarə heyətinin sədri Martin Blessinq çərşənbə axşamı Bakıda bankla ölkəmiz arasında qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Tərəflər xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
İ.Əliyev “Commerzbank AG” bankının idarə heyətinin sədri Martin Blessinqin ölkəmizə səfərinin əməkdaşlığın inkişafı ilə bağlı görülən işlərin və bu əməkdaşlığın perspektivlərinin nəzərdən keçirilməsi üçün yaxşı fürsət yaratdığını deyib.