Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişləndirmə komissarı Ştefan Füle mayın 2-də Azərbaycana səfər edəcək. Bu barədə çərşənbə axşamı jurnalistlərə AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia məlumat verib.
Səfər çərçivəsində Ş.Füle Azərbaycan rəsmiləri ilə görüşəcək. Görüşlərdə Azərbaycan və AB arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
R.Kobianın sözlərinə görə, iyun ayında isə AB-nin enerji məsələləri üzrə komissarı Günter Ottingerin Azərbaycana səfəri gözlənilir.