SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) Heydər Əliyev adına Bakı neft emalı zavodu neft emalı dərinliyini rekord 92% həddə çatdırıb. Bu barədə SOCAR-dan məlumat verilib.
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə BNEZ-də neftin emal dərinliyi 3,8% artırılıb. Zavodda fəaliyyətin optimallaşdırılması texnoloji qurğuların, xüsusilə təkrar emal proseslərinə aid katalitik krekinq və tədrici kokslaşma qurğularının gücündən səmərəli istifadə olunmasına imkan yaradıb”, – deyə məlumatda qeyd olunur.
SOCAR-ın məlumatına görə, 2013-cü ilin birinci rübündə BNEZ-də əmtəəlik neft məhsulları istehsalı üzrə plan 103,4% yerinə yetirilib.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.