Aprelin 26-29-da Bakıda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Gənc şairələrin Beynəlxalq Forumu keçiriləcək. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin saytında məlumat verilir.
Tədbirin təşkilatçısı “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqıdır. Foruma dünyanın 20 ölkəsini təmsil edən gənc şairələr qatılacaq.
“Bu, son illərdə ölkənin ədəbi mühitində bir hadisə olacaq. Avropa və Afrika ölkələrində yaşayan gənclər Bakıda təkcə təcrübə mübadiləsi aparmayacaq, həm də böyük bir ədəbi şəbəkə formalaşdıracaqlar”, - deyə məlumatda ittifaqın sədri, Milli Məclisin deputatı Fuad Muradova istinadən bildirilir.