2013-cü ilin I rübündə Daşkəsən rayonunda ÜDM ötən ilin analoji dövrü ilə müqayisədə 25% artıb. Bu barədə Daşkəsən rayon İcra Hakimiyyətinin başçsı Əhəd Abıyev I rübün yekunlarına həsr olunmuş iclasda məlumat verib.
“Yeni Daşkəsən” layihəsinin həyata keçirilməsi çərçivəsində İcra Hakimiyyəti binası, müasir avtovağzal və Çovdar qızıl yatağında zavodun tikintisinə başlanılıb. Ümumiyyətlə hesabat dövründə rayon ərazisində 1,5 mln. manatlıq tikinti işi aparılıb, 80 yeni iş yeri açılıb”, - deyə Ə.Abıyev qeyd edib.
Onun sözlərinə görə, 13 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun, eləcə də iki yaşayış binasının tikintisi davam edir.
Göygöl rayonunda hesabat dövrünün yekunları barədə danışan Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov qeyd edib ki, yanvar-mart aylarında ÜDM 26 mln. manat təşkil edib. “Rayonda sənaye istehsalının həcmi 3 mln. manata bərabər olub”, - deyə A.Seyidov bildirib.
Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə 18 sahibkara ümumi məbləği 365 min manat təşkil edən kreditlər verilib ki, bunun da nəticəsində 146 daimi iş yeri açılıb.
Rayonda əsas kapitala qoyulan investisiyalar 5 mln. manat təşkil edib.
O, həmçinin söyləyib ki, I rübdə rayonda fermerlər aqrar sahədə fəaliyyəti genişləndirmək məqsədi ilə dövlət büdcəsindən 782 min manat məbləğində subsidiyalar alıblar.
За отчетный период в районе продолжилось строительство центра Гейдара Алиева, парка молодежи, пятизвездочного отеля, площади флага, парка отдыха и др. социальных объектов.
Hesabat dövründə rayonda Heydər Əliyev Mərkəzi, Gənclər parkı, beşulduzlu otel, Bayraq Meydanı, istirahət parkı və digər sosial obyektlərin tikintisi davam etdirilib.