Krım, Novosibirsk və Barnaulda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının premyerası olacaq. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən məlumat verilib.
Tamaşa mayın 5-dən 8-dək Barnaulda keçiriləcək “Addım” II teatr festivalı çərçivəsində Rusiyanın Simferopol şəhərinin Rus-tatar akademik musiqili-dram teatrı və Altay Dövlət Musiqili Komediya Teatrının kiçik səhnəsində göstəriləcək.
Tamaşada baş rolları tanınmış aktyorlar Asan Bilyalov (Əsgər rolunda), Əminə Cövdətova (Gülçöhrə rolunda) ifa edəcəklər. Tamaşanın rejissoru Rinat Bektaşovdur.