Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2013-cü ilin aprel ayı üzrə pensiyaçılara pensiyaların verilməsini başa çatdırıb. Bu barədə fonddan məlumat verilib.
“Aprel ayı üzrə pensiyaların maliyyələşdirilməsi qrafiklə nəzərdə tutulan vaxtdan əvvəl başa çatdırılıb. Aprelin 25-dək pensiyaçların bank hesablarına 174 mln. manat köçürülüb”, - deyə məlumatda qeyd olunur.
Hazırda DSMF-in xəzinə hesabında 30 mln. manatdan artıq vəsait var ki, bu da növbəti aylar üçün pensiyaların maliyyələşdirilməsində istifadə ediləcək.