Azərbaycan Mərkəzi Bankı (AMB) Heydər Əliyevin 90 illik yubileyi münasibətilə xatirə sikkələrini buraxıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin məlumatına görə, sikkələrin təqdimatı cümə günü Bakıda keçirilib.
Sikkələr Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında 3 növdə hazırlanıb.
Bütün sikkələr 999,9 əyarlıdır.
Milli ornament üslubunda hazırlanmış sikkələrdə Heydər Əliyevin portreti əks olunub.
Sikkələrin birinci növünün çəkisi 1 troya unsiyası (31,21 qr) təşkil edir. Onun nominalı 100 manat, sayı 3 min ədəddir.
Sikkələrin ikinci növünün çəkisi 10 troya unsiyası (313 qr) təşkil edir, nominalı 500 manat, sayı 500 ədəddir.
Sikkələrin üçüncü növünün çəkisi isə 1 kq təşkil edir, nominalı 1 000 manat, sayı 5 ədəddir.