Suriya məsələsində Bakı və Tehranın mövqeləri bir-birinə çox yaxındır. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bəyan edib.
“Dövlətlərimiz Suriyada daxili ziddiyyətlərin yalnız sülh yolu ilə və hakimiyyətlə müxalifət arasında danışıqlar vasitəsilə həllinin tərəfdarıdır”, - deyə səfir cümə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və İran inanır ki, Suriya məsələsi hərbi yolla həll olunmayacaq. “Biz bu sahədə də Azərbaycan dövləti ilə sıx müzakirələr aparırıq. Düşünürük ki, mövqelərimiz daha da yaxınlaşacaq”, - deyə M.Pak Ayin vurğulayıb.