Müştəri xidmətləri səviyyəsinin artırılması üçün AGBank bir sırafilial və şöbələrində (Baş ofis, Sahil, Azadlıq, İnşaatçılar, Nəsimi, Mərkəz, 1Saylı Ekspress filiallarında və İqtisad, Çıraq şöbələrində) MilliÖN ödəniş terminalları quraşdırdı.
Artıq, müştərilərimiz, AGBank filiallarında MilliÖN - ödəniş köşkləri vasitəsi ilə kommunal ödənişləri, kabel və peyk televiziyası, İnternet provayderləri, mobil operatorları və Ekspress kreditləriödəyə bilərlər! Kredit borcu ilə ödəniş həyata keçirmək üçün müştəri bankdakıöz eyniləşdirmə nömrəsini bilməlidir.
Kredit ödənişi nağd şəklində terminal vasitəsi iləqəbul olunur.Yerindəcə, müştəri ödəniş qəbzi alır, və səhərsigün, kreditin ödənişini təsdiq edən SMS bildiriş alır.