2013-cü ilin I rübündə Qəbələ rayonunda ÜDM-in həcmi 39,616 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin analoji dövrünün göstəricisini 5,7% üstələyir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Hesabat dövründə rayonda adambaşına düşən ÜDM 402 manat təşkil edib (artım 4,4%).
I rübdə rayonda sənaye istehsalının həcmində 7,4%, aqrar sahədə 3,6%, tikinti sahəsində 5,3%, nəqliyyat sahəsində 18,5%, rabitə sahəsində 17,8%, ticarət sahəsində 7,4% artım qeydə alınıb.
Sənaye istehsalında qeyri-dövlət sektorunun payı 72,1% təşkil edib.
Sənaye sektorunda fəaliyyət göstərən şəxslərin orta aylıq əmək haqqı 344 manata (artım 10,6%) bərabər olub.
I rübdə rayonda əsas kapitala qoyulan investisiyalar 21,131 mln. manat (artım 15,4%), həyata keçirilən tikinti-quraşdırma işlərinin həcmi 18,559 mln. manat təşkil edib.
Hesabat dövründə rayonda 224 iş yeri açılıb. Bununla yanaşı, 2003-cü il oktyabrın 1-dən 2013-cü il aprelin 1-nə qədər rayonda 9,119 mini daimi olmaqla 11,167 min iş yeri açılıb.