Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti soyuducuların istehsalı və satışı ilə məşğul olan “Əliyev və K” şirkətinin fəaliyyətində bir sıra pozuntular aşkar edib. Bu barədə Dövlət Komitəsinin məlumatında deyilir.
Komitə əməkdaşları müəssisədə istehsal olunan məhsulların normativ sənədlərin tələblərinə cavab vermədiyini, AZS milli sertifikatlaşdırma sistemində sertifikatlaşdırılmadığını aşkar ediblər.
Pozuntularla bağlı “Əliyev və K” şirkətinə soyuducuların istehsalı və satışı qadağan edilib, o cümlədən yoxlamadan keçməyən ölçmə və sınaq vasitələrinin istismardan çıxarılması barədə tələbnamə verilib.