Aprelin 30-da saat 11.00-da "İnterfaks-Azərbaycan" agentliyinin mətbuat mərkəzində 10-12 may tarixlərində Azərbaycanda təşkil ediləcək beynəlxalq turnirə - Səmti Müəyyən etmə İdman növü üzrə Heydər Əliyev adına Açıq Kubok Yarışına həsr olunmuş mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında Azərbaycan Respublikası Səmti Müəyyən etmə İdman Federasiyasının prezidenti M.Kazımov, Federasiyanın fəxri üzvü, 2012-ci ildə Səmti Müəyyən etmə İdman növü üzrə Azərbaycan çempionu olmuş Ukraynanın ölkəmizdəki səfiri A.Mişenko, Mədəniyyət və Turizm, eləcə də Gənclər və İdman nazirliklərinin nümayəndələri iştirak edəcəklər.
“İnterfaks-Azərbaycan” agentliyinin yeni ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Girişdə xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07