Ötən həftə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları 43 narkomanı və narkotik maddə alverində şübhəli bilinən 1 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi DİN-dən məlumat verilib.
Narkomanlardan ümumilikdə 16,28 qram marixuana, 3,832 qram heroin, 2,761 qram tiryək müsadirə olunub.
Aparılan əməliyyat nəticəsində narkotik maddələrin saxlanması və satışında şübhəli bilinən şəxsdən 430 qram marixuana aşkarlanaraq götürülüb.