2013-cü ilin mart ayında Bakıda təkrar avtomobil bazarında orta qiymət fevral ayı ilə müqayisədə dəyişməyib və $16,2 min səviyyəsində qalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə avtomobil bazarının monitorinqini keçirən “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən məlumat verilib.
Monitorinq təkrar bazarda 15 min avtomobili əhatə edib ki, onların da 22,6%-i bazara mart ayında daxil olub.
Cari ilin mart ayında “Mercedes-Benz” markalı avtomobillər ümumi təklif portfelində 35% payla təkrar bazarda liderliyi qoruyub saxlayıb.