2013-cü ilin mart ayında Bakıda təkrar daşınmaz əmlak bazarında qiymətlər fevral ayı ilə müqayisədə 1,7% - 1 kvadratmetrə görə $1202-ə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə daşınmaz əmlak bazarının öyrənilməsi və bazarda vəziyyətin aylıq təhlilinin hazırlanması ilə məşğul olan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən məlumat verilib.
Monitoriqlərin nəticələrinə görə, martda təkrar bazarda satışa çıxarılan mənzillərin orta qiyməti $112,914 min təşkil edib.
Martda ən çox qiymət artımı Xətai rayonunda qeydə alınıb – 5,1%.
Mart ayında Bakıda təkrar daşınmaz əmlak bazarında bağlanan əqdlərin sayı 2,9% artıb.
Hesabat ayında ümumi portfeldə təkliflərin sayı 4,4% artıb və satışa çıxarılmış mənzillərin ümumi sayı 5,7 mini ötüb. Təkliflər portfelində bütün mənzillərin 51,7%-i martda orta qiymətdən aşağı qiymətə təklif olunan mənzillərin payına düşüb.
Ötən ay ümumi təkliflər portfelində paytaxtın Xətai, Yasamal, Nərimanov və Nəsimi rayonlarında yerləşən mənzillər üstünlük təşkil edib. Onların ümumi payı 78,7% təşkil edib.
Наибольший рост предложений в марте был зафиксирован на двухкомнатные квартиры на 2,6%.
Mart ayında ikiotaqlı mənzillər üzrə daha çox təklif artımı qeydə alınıb – 2,6%.