Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış edib. “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbirinin verdiyi məlumata görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bəyan edib.
“Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış edib. Bu təklif parlamentdə müzakirə olunacaq”, - deyə Ə.Hüseynli komitənin növbəti iclasında bildirib.
9 mindən artıq məhbusu əhatə edəcək və 2 mindən artıq məhbusun azadlığa buraxılacağı amnistiya Heydər Əliyevin 90 illiyinə həsr olunub və mayın 7-də parlamentin plenar iclasında qəbul olunacaq.