SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi çərşənbə axşamı Bakının 5, respublikanın 7 rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Təmir işləri ilə əlaqədar olaraq, saat 09:00-dan saat 18:00-dək “Quba”, “Ağdaş”, “Şəmsabad”, “Cəfərabad” Qazpaylayıcı Stansiyalarından, saat 10:00-dan 18:00-dək “Zirə-3”, “Yeni Binə”, “Qobustan”, “Göyçay-1”, “Göyçay-2”, “Bolqarıstan” mini, “Lək” Qazpaylayıcı Stansiyalarından, “Qazaxbəyli” Avtomatik Qazpaylayıcı Stansiyasında, “Əskipara” Avtomatik Qazpaylayıcı Stansiyasının I çıxış xəttində, “Bahar Enerji” Əməliyyat Şirkətindən qidalanan “Əsas” magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Şəki, Quba, Şamaxı, Ucar, Göyçay, rayonlarına, Xəzər rayonunun Pirallahı, Qala, Binə qəsəbələrinə, Südçülük sovxozu adlanan yaşayış massivinə, Qaradağ rayonunun Qobustan, Ələt qəsəbələrinə, Sabunçu rayonunun Maştağa qəsəbəsinə, Savalan və Daş Karxanası adlanan yaşayış sahələrinə, həmçinin Suraxanı, Xətai və Qazax rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.