Avstriyanın “RRV Renata Rolfink” nəşriyyatı Azərbaycanın xalq yazıçısı Anarın kitabını alman dilində nəşr edib. Bu barədə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
“Azərbaycandan hekayələr” adlanan kitaba yazıçının “O gecənin səhəri”, “Mən, sən, o və telefon”, “Gürcü familyası”, “Yaxşı padşahın nağılı” hekayələri və “Dantenin yubileyi” povesti daxil edilib.
Kitabı alman dilinə Liliana Qrimm tərcümə edib. Kitabda yazıçı haqqında bioqrafik məlumatlar verilib.
Yazıçının “Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanı artıq alman dilində nəşr edilib.