Əvvəllər məhkum olunmuş iki şəxs Bakı metrosunda pensiyaçı qadını qarət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini Fərasət Əhmədov və RF vətəndaşı Rüstəm Alirin saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, onlar aprelin 28-də metropolitenin “İnşaatçılar” stansiyasında İsmayıllı rayon sakini Ziyafət Babayevaya məxsus içərisində 500 manat məbləğində pul və pensiya kartı olan pul kisəsini oğurlayıblar.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.