Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 2-5-də Hindistanda rəsmi səfərdə olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ölkənin Dehlidəki səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində XİN başçısı Hindistanın ali siyasi rəhbərliyinin nümayəndələri ilə görüşlər keçirəcək. Danışıqlar zamanı bir sıra sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlər müzakirə ediləcək.
Azərbaycan XİN-dən verilən məlumata görə, E.Məmmədyarov mayın 5-8-də isə Şri-Lankaya rəsmi səfər edəcək.