Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutu kiçik elmi işçisi Xalidə Xalid İranda həbs olunub. Bu barədə yerli mətbuat məlumat verib.
X.Xalid aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd Rəşidinin evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub.
Bununla yanaşı, AMEA-nın əməkdaşından başqa daha bir Azərbaycan vətəndaşı, X.Xalidin yardımçısı, Şamax adlı şəxs və İran vətəndaşları olan 4 azərbaycanlı fəal da həbs olunub.
İranın Bakıdakı səfirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə bu barədə məlumata malik olmadıqlarını bəyan ediblər.
Azərbaycanın Təbrizdəki vitse-konsulu Şahin Əhmədov bəyan edib ki, məlumat dəqiqləşdirilir.
“Biz artıq bu məlumatla bağlı İranın müvafiq strukturlarına müraciət etmişik”, - deyə Ş.Əhmədov bildirib.