Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin çərşənbə günü Bakıda Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzer ilə görüşü zamanı təhlükəsizlik məsələləri müzakirə olunub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə təhlükəsizlik məsələləri ilə yanaşı, ABŞ-Azərbaycan əlaqələri və regionda vəziyyət də müzakirə mövzusu olub.