Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində külli-miqdarda saxta pulların satış cəhdinin qarşısı alınıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü DİN-dən məlumat verilib.
Göyçay rayon sakini Elbrus Əliyev nominalı 100 manat olan 230 ədəd saxta banknotu öyrədilən şəxsə 7000 ABŞ dollarına satarkən həbs edilib.
Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.