Azərbaycanın gənc vokalçısı Yasin Həsənov İtaliyada keçirilmiş San-Remo müsabiqəsində "Qran-pri" mükafatına layiq görülüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
13 yaşlı vokalçı bu festivalda Azərbaycanı ilk dəfə olaraq təmsil edib. Müsabiqədə "Qranada" adlı ispan mahnısını ifa edən müğənni "Qran-pri" mükafatına layiq görülüb.
Gənc vokalçı 20-yə yaxın beynəlxalq müsabiqənin laureatıdır. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.