Mingəçevir-Yevlax yolunda insan itkisi ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə cümə günü Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın su kanalına düşüb.
Qəza nəticəsində sürücü və iki sərnişin hadisə yerində həlak olub.