Mingəçevir şəhərində “VAZ” markalı iki avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi dörd nəfərin yaralanmasına səbəb olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə rayon Polis İdarəsindən məlumat verilib.
“VAZ-2106” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü, eləcə də “VAZ-21015” markalı avtomobilin iki sərnişini müxtəlif dərəcəli xəsarətlərlə şəhər xəstəxanasına çatdırılıblar.
Faktla bağlı təhqiqat aparılır.