Kənd təsərrüfatı naziri İsmət Abasov Dünya Bankının qiymətləndirmə missiyası ilə “Kənd təsərrüfatının rəqabətliliyinin gücləndirilməsi” layihəsini müzakirə ediblər. Bu barədə nazirliyin saytında məlumat verilir.
Görüş layihənin komponentlərinin müzakirəsi məqsədi ilə keçirilib.
İ.Abasov Azərbaycan hökuməti ilə DB arasındakı 17 illik əməkdaşlığı yüksək qiymətləndirib.
Nazir yeni layihə hazırlanarkən həm də yerli mütəxəssislərin təcrübəsindən istifadə edildiyi üçün DB missiyasına öz təşəkkürünü bildirib.
İ.Abbasov yeni layihədə baytarlıq subkomponenti çərçivəsində də müəyyən tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edir.
DB-nin Bakı ofisinin rəhbəri Larisa Leşenko bu layihənin həyata keçirilməsi üçün Avropa İttifaqı və digər maliyyə qurumlarından qrant vəsaitlərinin cəlb edilməsinin vacibliyini vurğulayıb.