Prezident İlham Əliyev bu gün Sumqayıt şəhərində səfərdə olub və bir sıra obyektlərin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev Sumqayıtda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib,
və Cümə Məscidində əsaslı təmirdən sonra yaradılmış şəraitlə tanış olub.
Daha sonra dövlət başçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıtda “ASAN xidmət” mərkəzinin və “Gilan” Tekstil Kompleksinin açılışında iştirak edib.