Avropa Birliyi Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır. Bu barədə Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle bəyan edib.
“Avropa Birliyi Azərbaycanı etibarlı tərəfdaş sayır və bu ölkə ilə münasibətlərin dərinləşməsində maraqlıdır”, - deyə Ş.Füle cümə günü Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan-AB münasibətləri mövzusunda çıxış etdiyi məruzədə bildirib. Onun sözlərinə görə, AB-Azərbaycan münasibətləri qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanaraq vətəndaş cəmiyyəti ilə əməkdaşlıqdan tutmuş, enerji, təhsil və mədəni sahələrdə əməkdaşlığın inkişafına qədər bütün spektrləri əhatə edir.