2013-cü ilin yanvar-aprel aylarında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları aprel ayının 30-na 6,88% - $12 mlrd. 499,9 mln.-a qədər artıb. Bu barədə AMB-nin saytında yerləşdirilmiş məlumatda deyilir.
Cari ilin aprel ayında AMB-nin valyuta ehtiyatları $167,3 mln. və ya 1,35% artıb.
Xəbər verildiyi kimi, 2013-cü il yanvarın 1-nə AMB-nin valyuta ehtiyatları $11 mlrd. 694,8 mln. təşkil edib.
2012-ci ildə bankın valyuta ehtiyatları 11,6% artıb.