Xorvatiyanın "K Centar" şirkəti Azərbaycan iş adamlarını Bioqrad şəhərində yerləşən müalicəvi turizm kompleksinə sərmayə yatırmağa dəvət edir. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) məlumatında deyilir.
Layihənin texniki-iqtisadi əsaslandırılmasına əsasən, kompleksin ümumi dəyəri 14,388 mln. avro təşkil edir. Şirkət bu məbləğin 30-70%-ni yatırmağa hazır olan strateji tərəfdaş axtarır.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.